Malta millisinin futbolçusu Andrey Acius komandada sonuncu görüşünü keçirib.
Bizim.Media-nın məlumatına görə, 36 yaşlı müdafiəçi Azərbaycan yığmasına qarşı yoldaşlıq oyununda yığma ilə vidalaşıb.
42-ci dəqiqədə əvəzlənən kapitanın yerinə meydana Zak Muskat daxil olub.
Qeyd edək ki, Azərbaycanla matç təcrübəli oyunçunun yığmada 103-cü görüşü olub.
Bizim.Media