Qadınlardan ibarət mili komandaların FİFA reytinqi açıqlanıb.
Bizim.Media xəbər verir ki, Azərbaycan millisi 2022-ci ilin ilk cədvəlində 81-ci pillədə qərarlaşıb. Siyasət Əsgərovun yetirmələrinin aktivində 1274 xal var.
Millimiz ötən ilin dekabrında açıqlanan siyahı ilə müqayisədə 2 pillə irəliləyib. Həmin vaxt yığma 1274 xalla 83-cü idi.
Qeyd edək ki, siyahıya 2104 xalla ABŞ başçılıq edir.
Bizim.Media