Malta millisi Azərbaycanla sabah keçiriləcək yoxlama oyuna itki ilə çıxacaq.
Bizim.Media xəbər verir ki, bunu komandanın baş məşqçi Devis Manqia oyunöncəsi keçirilən mətbuat konfransında deyib.
O, müdafiəçi Keyn Attardın zədəli olduğunu və yığmamızla yanaşı, Küveytlə matçı da buraxacağını bildirib.
Qeyd edək ki, Malta sabah Azərbaycan, martın 29-da Küveytlə qarşılaşacaq.
Bizim.Media