Fransanın Montpellier şəhərində davam edən fiqurlu konkisürmə üzrə dünya çempionatında Azərbaycanı təmsil edən Vladimir Litvintsev qısa proqramda ilk çıxışını edib.
Bizim.Media xəbər verir ki, bu barədə Federasiyanın Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, atlet 30 idmançı arasında 85.83 xal toplayaraq 13-cü yeri tutub.
O, bu nəticəyə gğrə növbəti mərhələyə yüksəlib və martın 26-da sərbəst proqramda çıxış etmək imkanı qazanıb.
Bizim.Media