Fransa millisinin və PSJ-nin sabiq futbolçusu Jerom Rotin argentinalı hücumçu Lionel Messini cari mövsümün sonunda PSJ-ni tərk etməyə çağırıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya RMC nəşrində yer alıb.
“Messi və PSJ-nin sevgi hekayəsi heç vaxt olmayıb. Messinin iyunda getməsi hamı üçün daha yaxşı olar”, - deyə o, qeyd edib.
Fransanın cari çempionatında 34 yaşlı futbolçu 18 oyun keçirib, 2 qol vurub, 10 məhsuldar ötürmə edib.
Bizim.Media