Azərbaycan Premyer Liqasında XXI turun "Neftçi" - "Zirə" oyununun yeri dəyişdirilib.
Bizim.Media Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, "Neftçi" "Zirə"yə qarşı keçirəcəyi III və IV dövrə oyunlarının yerinin dəyişdirilməsini xahiş edib.
Stadionda aparılacaq işləri, "Neftçi"nin müraciətini və "Zirə"nin razılıq məktubunu rəhbər tutan PFL müraciəti müsbət cavablandırıb.
Bizim.Media