Böyük Britaniya və İrlandiya 2028-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına birlikdə ev sahibliyi edə bilər.
Bizim.Media "Sky Sports"a istinadən xəbər verir ki, hələlik turniri qəbul etməyə yeganə namizəd yalnız bu iki ölkədir.
Başqa müraciət olmasa, UEFA aprelin 7-dəki iclasında qitə birinciliyinin sözügedən ölkələrdə təşkil olunacağını elan edəcək.
Qeyd edək ki, UEFA-ya müraciət üçün son tarix 23 martdır.
Bizim.Media