“Tottenhem” İngiltərə Premyer Liqasında 30-cu tur oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, ev sahibi “Vest Hem”i qəbul edib.
Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Tottenhem" - "Vest Hem" - 3:1
Qollar: Zuma, 9-avtoqol (1:0), Min, 24 (2:0), Benrahma, 35 (2:1), Min, 88 (3:1)
Bu qələbə ilə xalını 51-ə yüksəldən “Tottenhem” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
“Vest Hem” 48 xalla 7-cidir. Siyahıya 70 xalla “Mançester Siti” başçılıq edir.
Bizim.Media