Futbol üzrə Azərbaycan millisinin Malta və Latviya ilə yoldaşlıq oyunları üçün heyəti açıqlanıb.
Bizim.Media AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Canni De Byazi 24 oyunçuya dəvət göndərib.
Qeyd edək ki, Azərbaycan yığması martın 25-də Malta ilə, 4 gün sonra isə Latviya ilə üz-üzə gələcək. Hər iki görüş Maltadakı Milli Stadionda gerçəkləşəcək.
Bizim.Media
