Bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura start verilib.
Bizim.Media xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib.
Əvvəlcə "Keşlə" "Sumqayıt"ı qəbul edib və bərabərə qalıb - 1:1.
Günün digər oyununda isə bu gün yaranmasının 85 illiyini qeyd edən "Neftçi" doğma meydanda "Qəbələ" ilə üz-üzə gəlib və 4:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, tura sabah keçiriləcək iki matçla yekun vurulacaq.
Bizim.Media