"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Neftçi"nin yaranmasının 85 illiyi münasibəti ilə paylaşım edib.
Bizim.Media xəbər verir ki, o, kapitanı olduğu "Neftçi"nin forması ilə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində 2005-ci ildə keçirilən "Anderlext"lə oyunundan (1:0) şəklini paylaşıb və "Neftçi"-85" sözlərini yazıb.
Qeyd edək ki, R.Sadıqov futbolçu karyerası ərzində 2001-2002, 2003-2005 və 2006-2008-ci illərdə "Neftçi"də çıxış edib.
Bizim.Media
