FİFA Konqo Demokratik Respublikası millisinin qapıçısı Lionel Mpasi-Nzonun DÇ-2026-nın seçmə mərhələsində oyunlarda qanunsuz iştirakına şərait yaradıb.
Bizim.Media xəbər verir ki, Fransada doğulan qapıçı idman vətəndaşlığını dəyişmək üçün tələb olunan prosedurları tamamlamayıb və lazımi sənədlərə sahib olmayıb.
Məlumata görə, FİFA-nın hüquqşünasları bu vəziyyətdən xəbərdar olsalar da, heç bir sanksiya tətbiq etməyiblər.
Halbuki belə hallarda komandaya texniki məğlubiyyət verilə bilər.
Nigeriyanın şikayətindən sonra məsələni araşdıran FİFA müraciəti prosessual səbəblərə görə rədd edib. Qurum qərarın müstəqil komitə tərəfindən qaydalara uyğun verildiyini, həmçinin Canni İnfantinonun müdaxilə etmədiyini bildirib.
Bizim.Media