Xaçmazda yerli icra nümayəndəliklərinə yeni təyinatlar olub.
Bizim.Media xəbər verir ki, bu barədə Xaçmaz İH başçısı Elnur Rzayev əmr imzalayıb.
Əmrə əsasən, Elgün Həsənov Ləcət inzibati ərazi dairəsinə nümayəndə, Sərdar Məmmədov Nabran inzibati ərazi dairəsinə nümayəndə təyin edilib.
İcra başçısı Elnur Rzayevin digər əmri ilə Rufəddin Mirzəyev isə Seyidlikəndyeri inzibati ərazi dairəsinin baş məsləhətçisi-ev təsərrüfatları uçotu işinin aparıcısı vəzifəsinə təyinat alıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu