Futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun oyun cədvəli açıqlanıb.
Bizim.Media Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, turun görüşləri 3 günü əhatə edəcək.
Turun oktyabrın 17-də “Qarabağ” və “Neftçi” komandaları arasında keçiriləcək mərkəzi görüşü saat 19:00-da başlayacaq.
16 oktyabr (cümə)
15:00. “Şamaxı” – “Şəfa”
Şamaxı şəhər stadionu.
19:00. “Sumqayıt” – “Araz-Naxçıvan”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
17 oktyabr (şənbə)
16:00. “Qəbələ” – “Sabah”
Qəbələ şəhər stadionu.
19:00. “Qarabağ” – “Neftçi”
Tofiq Bəhramov adına Respublika Stadionu.
18 oktyabr (bazar)
16:00. “Turan Tovuz” – “İmişli”
Tovuz şəhər stadionu.
18:30. “Kəpəz” – “Zirə”
Gəncə şəhər stadionu.
Bizim.Media