"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
Bizim.Media “report.az”a istinadla xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Niderlandda "Tvente"nin qonağı olub.
Enshede şəhərində baş tutan qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0. Matçda yeganə qolu 52-ci dəqiqədə Kadi Borges vurub.
Xatırladaq ki, komandalar arasında cavab görüşü avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
Bizim.Media