Latın Amerikasında yenidən güclü zəlzələ baş verib. Bu dəfə təbii fəlakət Peruda qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Qurumun məlumatına görə, avqustun 20-də Peruda ilkin olaraq 6.6 maqnitudalı zəlzələ qeydə alınıb.
Lakin sonradan daxil olan məlumatlar bu təbiət hadisəsinin gücünün daha çox olduğunu göstərib. Belə ki, zəlzələnin maqnitudası 7.2 təşkil edib.
"Yeraltı təkanların episentri Korakora şəhərindən 50 kilometr şimal-şərqdə yerləşib. Zəlzələ ocağı yerin 73 kilometr dərinliyində qərarlaşıb", – deyə seysmoloji mərkəzdən bildiriblər.
Hazırda xəsarət alanlar və dağıntılar barədə hər hansı bir məlumat daxil olmayıb.
Bizim.Media