ABŞ Qətərə ümumi dəyəri 4,5 milyard dollar olan dörd ədəd "KC-46A" havada yanacaqdoldurma təyyarəsinin mümkün satışını təsdiqləyib.
Bizim.Media "Al Arabiya" telekanalına istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Konqresə göndərdiyi bildirişdə deyilir.
Amerika tərəfinin qiymətləndirməsinə görə, bu sövdələşmə Vaşinqtonun Yaxın Şərqdə mühüm strateji tərəfdaş və siyasi sabitlik faktoru adlandırdığı Qətərin təhlükəsizliyini gücləndirəcək.
Bu tədarük, həmçinin Qətərə mövcud və gələcək təhdidlərlə mübarizə imkanlarını genişləndirməyə şərait yaradacaq və onun regional təhlükəsizliyin təmin olunmasındakı rolunu artıracaq.
Müqavilə üzrə əsas podratçı şirkətlər "Boeing", "Pratt & Whitney Military Engines", "RTX Corporation" və "Northrop Grumman Corporation" olacaq.
Bizim.Media