Mais Ağayev uzun fasilədən sonra televiziya fəaliyyətinə qayıdıb.
Bizim.Media “nocomment.az”a istinadən xəbər verir ki, Mais Ağayev BTV-nin baş redaktoru vəzifəsinə təyin edilib.
Təyinatla bağlı BTV-nin təsisçisi və baş direktoru Sahil İmanov və direktor Tahirə Məmmədqızı tərəfindən müvafiq qərar imzalanıb.
Qərara əsasən, Mais Ağayev BTV-nin baş redaktoru vəzifəsini icra etməklə yanaşı, kanalın xəbər-informasiya proqramının aparıcısı kimi də fəaliyyət göstərəcək.
Mais Ağayevin yeni vəzifədə əsas fəaliyyət istiqamətləri BTV-nin informasiya siyasətinin həyata keçirilməsi, xəbər və informasiya proqramlarının hazırlanması, redaksiya fəaliyyətinin təşkili və efir məhsullarının peşəkar səviyyəsinin təmin edilməsindən ibarət olacaq.
Qeyd edək ki, Mais Ağayev uzun illər televiziya sahəsində fəaliyyət göstərib. Onun BTV-yə qayıdışı kanalın informasiya və xəbər istiqamətinin daha da gücləndirilməsi məqsədi daşıyır.
Bizim.Media