Bakıda 17 yaşadək güləşçilər arasında keçirilən dünya çempionatında azərbaycanlı yunan-Roma güləşçisi Abdulrəhman Hüseynli (51 kq) 1/4 final görüşünə çıxıb.
Bizim.Media xəbər verir ki, o, ermənistanlı Gevorq Harutyunyanla qarşılaşıb.
Matç təmsilçimizin 6:4 hesablı qələbəsi ilə başa çatıb.
A.Hüseynli daha əvvəl Kuanışbek Jangajol (Qazaxıstan) və Əlcəzair təmsilçisi Lyes Boumazadan üstün olmuşdu.
Xatırladaq ki, daha əvvəl Elmir Çərkəzov (60 kq) yarımfinala çıxmağı bacarmışdı.
Bizim.Media