UEFA çexləri cəzalandırdı, “Qarabağ”ın yolu asanlaşdı

Azərbaycanın vitse-çempionu “Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsinə gedən yolu gözlənildiyindən bir qədər asan olacaq.
 
Bizim.Media haqqin.az saytına istinadən xəbər ki, buna səbəb UEFA-nın Çexiyanın “Karvina” klubunu avrokuboklardan kənarlaşdırmasıdır.

Çexiya kubokunun sahibi bizim “Turan Tovuz” kimi danışılmış oyunlara görə cəzalandırılıb.
 
Beləliklə, “Karvina” Avropa Liqasında çıxış etmək hüququndan məhrum edilib. Bu klub Çexiyanın yüksək reytinqi sayəsində Avropa Liqasının pley-off mərhələsindən yarışa başlamalı idi. İndi isə “Karvina”nın yerini həmin mərhələdə Plzen “Viktoriya”sı tutacaq. Halbuki bu komanda yarışa Avropa Liqasının 2-ci təsnifat mərhələsindən başlamalı idi.

“Viktoriya”nın əvəzinə isə 2-ci təsnifat mərhələsində “Hradets Kralove” çıxış edəcək.
 
Amma qayıdaq “Qarabağ”a. Qurban Qurbanovun rəhbərlik etdiyi, UEFA reytinqi 42,750 xal olan komanda 1-ci təsnifat mərhələsinin püşkatmasında səpələnmişlər sırasında idi və rəqib qismində İslandiya təmsilçisi “Vestri” ilə qarşılaşacaq. Komandalar arasında ilk oyun iyulun 9-da Bakıda, cavab görüşü isə iyulun 16-da Reykyavikdə keçiriləcək. Artıq 2-ci təsnifat mərhələsinin də püşkü atılıb.

Burada da “Qarabağ” səpələnmişlər sırasında olub və ona Bolqarıstanın SSKA (Sofiya) - İrlandiyanın “Derri Siti” cütünün qalibi rəqib olub.
 
3-cü təsnifat mərhələsinin püşkü 20 iyulda, 2-ci mərhələnin startından əvvəl keçiriləcək. Əvvəlcədən planlaşdırılırdı ki, “Qarabağ” bu mərhələdə səpələnməmiş komandalar sırasında olacaq. Bu halda onun rəqibləri Portuqaliyanın “Benfika”, Şotlandiyanın “Reyncers”, Macarıstanın “Ferensvaroş”, Danimarkanın “Midtyulland”, Yunanıstanın PAOK, Avstriyanın “Zaltsburq” və yenə də Çexiyanın “Viktoriya” klublarından biri ola bilərdi. Lakin Plzen təmsilçisi 50,500 xallıq reytinqi ilə artıq pley-off mərhələsindən yarışa başlayacağı üçün səpələnmişlər sırasındakı yerini məhz “Qarabağ”a verəcək. Ağdam klubu səpələnməmişlər arasında ən yüksək reytinqə malik komanda olacaq.
 
Beləliklə, “Qarabağ”ın 3-cü təsnifat mərhələsində potensial rəqiblərinin siyahısı xeyli asanlaşıb. Hazırda bunlar aşağıda adları qeyd edilənlərdir:
 
“Yagelloniya” (Polşa);
 
“Hammarbü” (İsveç) - “Anderlext” (Belçika) cütünün qalibi;
 
“Tromse” (Norveç) - “Hradets Kralove” (Çexiya) cütünün qalibi;
 
“Makkabi” (Təl-Əviv, İsrail), “Şerif” (Moldova) və “Alüminiy” (Sloveniya) üçlüyündən bir komanda;
 
“Pafos” (Kipr), “Hayduk” (Xorvatiya) və “Jilina” (Slovakiya) üçlüyündən bir komanda;
 
Çempionlar Liqasında “Şturm” (Avstriya) - “Harts” (Şotlandiya) cütünün məğlubu;
 
Çempionlar Liqasında “Fənərbaxça” (Türkiyə) - “Qurnik” (Polşa) cütünün məğlubu.
 
Pley-off mərhələsinə vəsiqə qazanacağı halda isə “Qarabağ” əvvəlcədən nəzərdə tutulduğu kimi yenə də səpələnmişlər sırasında olacaq.

Bu mərhələdə potensial rəqiblər barədə danışmaq hələ tezdir. Mənzərə 2-ci təsnifat mərhələsindən sonra daha da aydınlaşacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xəzərlə bağlı qorxulu PROQNOZ

Xəzərlə bağlı qorxulu PROQNOZ

Prezident: “Azərbaycan ABŞ-la qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir”

Prezident: “Azərbaycan ABŞ-la qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir”

Yasamalda evdə PARTLAYIŞ - 16 yaşlı yeniyetmə həyatını itirib, 3 nəfər yaralanıb

Yasamalda evdə PARTLAYIŞ - 16 yaşlı yeniyetmə həyatını itirib, 3 nəfər yaralanıb

İlham Əliyev: “Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar”

İlham Əliyev: “Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar”

Hərbçilərə telefonla neqativ xəbər ötürməyin! - MN-dən ÇAĞIRIŞ

Hərbçilərə telefonla neqativ xəbər ötürməyin! - MN-dən ÇAĞIRIŞ

Prezident: “Son dövrdə Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə inkişafı məmnunluq doğurur”

Prezident: “Son dövrdə Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə inkişafı məmnunluq doğurur”

İlham Əliyev Donald Trampı təbrik edib

İlham Əliyev Donald Trampı təbrik edib

Bakıda 90 yaşlı kişi turnikdən yıxılaraq həyatını itirib

Bakıda 90 yaşlı kişi turnikdən yıxılaraq həyatını itirib

O, Xamenei ilə vidalaşmaqdan imtina etdi

O, Xamenei ilə vidalaşmaqdan imtina etdi

Messi dünya çempionatında rekorda imza atıb

Messi dünya çempionatında rekorda imza atıb

Sürücülərin NƏZƏRİNƏ: Bəzi avtomobillər geri çağırıla bilər

Sürücülərin NƏZƏRİNƏ: Bəzi avtomobillər geri çağırıla bilər

Ölüm qorxusu ən çox bu yaşlarda hiss olunur

Ölüm qorxusu ən çox bu yaşlarda hiss olunur

Xamenei atasının vida mərasimində niyə iştirak etmədi?

Xamenei atasının vida mərasimində niyə iştirak etmədi?

Azərbaycanda tanınmış jurnalist ürək tutmasından vəfat etdi - FOTO

Azərbaycanda tanınmış jurnalist ürək tutmasından vəfat etdi - FOTO

"Gecə 12-nin yarısıdır, oğlum Əlinin xəbəri yoxdur ki..." — Mətanət

"Gecə 12-nin yarısıdır, oğlum Əlinin xəbəri yoxdur ki..." — Mətanət

UEFA çexləri cəzalandırdı, “Qarabağ”ın yolu asanlaşdı

UEFA çexləri cəzalandırdı, “Qarabağ”ın yolu asanlaşdı

Zaqatalada AĞIR QƏZA – Yaralananlar var – FOTO - VİDEO

Zaqatalada AĞIR QƏZA – Yaralananlar var – FOTO - VİDEO

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

Daha bir ölkə məktəbində telefon QADAĞASI

Daha bir ölkə məktəbində telefon QADAĞASI

Sumqayıtda 48 yaşlı kişi dərmandan zəhərlənərək həyatını itirib

Sumqayıtda 48 yaşlı kişi dərmandan zəhərlənərək həyatını itirib

“Uşaqlar sosial şəbəkələrin qurbanına çevrilir” – Ziyalılardan yeni qanuna REAKSİYA

“Uşaqlar sosial şəbəkələrin qurbanına çevrilir” – Ziyalılardan yeni qanuna REAKSİYA

Azərbaycan XİN ABŞ-ı təbrik edib - FOTO

Azərbaycan XİN ABŞ-ı təbrik edib - FOTO

BİZİM TƏQVİM:4 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:4 iyulda baş vermiş tarixi hadisələr

Pediatr xəbərdarlıq etdi — Bu xalq deyimi YALANDIR

Pediatr xəbərdarlıq etdi — Bu xalq deyimi YALANDIR

End of content

No more pages to load

RADİO