“Qarabağ” futbol klubu yay təlim-məşq toplanışı üçün Avstriyaya yola düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun sosial media hesabında video paylaşılıb.
Görüntülərdə ən diqqətçəkən məqamlardan biri Elvin Cəfərquliyevin də əsas komanda ilə birgə toplanışa yollanmasıdır.
Xatırladaq ki, Misli Premyer Liqasının 27-cı turunun “Şamaxı” - “Qarabağ” oyunundan sonra Elvin Cəfərquliyev və Abbas Hüseynov intizam qaydalarını pozduğu üçün baş məşqçi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılmışdı.
Bizim.Media