"Qarabağ" daha bir legioneri dünən heyətinə qatıb. Ağdam təmsilçisi Mozambik millisinin üzvü Bruno Lanqa ilə anlaşıb.
Bizim.Media "Marca" nəşrinə istinadla xəbər verir ki, "Qarabağ" sol cinah müdafiəçisi üçün "Almeriya"ya 1 milyon avro ödəyib.
Qeyd edək ki, Lanqa başa çatan mövsümü icarədə keçirib.
O, mövsümün ilk yarısında Kiprin “Pafos”, ikinci yarısında isə Portuqaliyanın “Eştrela Amadora” klubunun formasını geyinib. Lanqanın “Almeriya” ilə müqavilə müddəti 2027/2028 mövsümünün sonuna qədərdir.
Bizim.Media