"Turan Tovuz"un qapıçısı Oleq Baklov Rusiyaya geri qayıda bilər.
Bizim.Media xəbər verir ki, Tovuz təmsilçisinin qolkiperinə Rusiyadan maraq böyükdür.
Rusiya Premyer Liqasına geri qayıdan “Fakel” tacik qapıçı ilə maraqlanır.
Amma Baklovun “Turan Tovuz”la müqavilə müddəti daha bir illik qüvvədə olduğundan onun Rusiyaya geri qayıtması çətin görünür.
Qeyd edək ki, Kurban Berdiyevin də əsas qapıçı kimi gördüyü Baklov 2025-ci ildə “Ufa”dan “Turan Tovuz”a keçib. O, bundan əvvəl “Sızran-2003”, “Ural”, “Kamaz” klublarının qapısını qoruyub.
Bizim.Media