“Ayaks” Miçel Sançesi baş məşqçi postuna gətirdiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, ispan mütəxəssislə 2 illik müqavilə imzalanıb.
50 yaşlı çalışdırıcının son klubu “Jirona” olub. O, 2021-ci ildən 2026-cı ilə qədər La Liqa klubunu çalışdırıb.
Onun rəhbərliyi altında “qırmızı-ağlar” tarixlərində ilk dəfə 2024/25 mövsümündə UEFA Çempionlar Liqasında mübarizə aparıb. Lakin başa çatan son mövsümdə uğursuzluqla üzləşən “Jirona” elitanı, məşqçi də postunu tərk edib.
Bir müddətdir baş məşqçisiz qalan Niderland nəhənginin Arne Slotla anlaşacağı gözlənilirdi. Amma “Liverpul”da qalmağı seçən mütəxəssis amsterdamlılardan imtina etdi. “Ayaks” Miçellə danışıqlara başlayandan sonra isə İngiltərə klubu Slotu istefaya göndərdi.
Bizim.Media