“Zirə”dən ayrılan Ceyhun Nuriyev karyerasını “Qəbələ”də davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, bölgə təmsilçisi artıq oyunçuya ilk təklifini edib. “Sumqayıt”ın da diqqət mərkəzində olan yarımmüdafiəçi qərar verməyə tələsmir.
Nuriyev 2024-cü ildən “Zirə”də çıxış edirdi. O, daha əvvəl 2020-2023-cü illərdə “Sabah”ın formasını geyinib.
25 yaşlı futbolçu Azərbaycan millisində 13 oyuna çıxıb.
Bizim.Media