Fiqurlu konkisürmə üzrə ikiqat olimpiya çempionu Yevgeni Pluşenko özünün "Telegram" kanalında oğlu Aleksandrın Azərbaycan millisinə keçməsini ilk dəfə şərh edib.
"Əslində, bütün idman dünyasının oğlumu dəstəkləməsi mənim üçün çox vacib idi. İdman karyerası qısa, mürəkkəb və gözlənilməzdir. 31 yaşında Olimpiadada çıxış edən mənim kimi “dinozavrları” artıq tapmaq mümkün deyil", — deyə o qeyd edib.
Bizim.Media xəbər verir ki, Pluşenko bu açıqlaması ilə oğluna dəstək nümayiş etdirən Aleksey Yaqudinin sözlərinə reaksiya verib.
Xatırladaq ki, mayın 21-də mətbuatda Aleksandr Pluşenkonun idman vətəndaşlığını dəyişməsi barədə məlumatlar yayılıb. Fiqurçu 5 il ərzində Azərbaycanı təmsil edəcək.
Bizim.Media