"Şahdağ"da xizək alpinizmi üzrə Avropa çempionatı açılış mərasimi keçirildi – FOTO

Beynəlxalq Xizək Alpinizmi Federasiyası, Azərbaycan Qış İdman Növləri Federasiyası və "Şahdağ" Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokunun açılış mərəsimi keçirilib.

Bu barədə Bizim.Media-ya Qış İdman Növləri Federasiyasından məlumat verilib.
 

Açılış mərasimində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının və Azərbaycan Qış İdman Növləri Federasiyasının nümayəndələri, o cümlədən Azərbaycan, Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Rusiya, Slovakiya, Yunanıstan, Andorra və İsveçdən olmaqla 124 atlet iştirak edib.


Açılış mərasimində Azərbaycanda ilk dəfə olaraq xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokunun təşkilinin ölkənin idman tarixində əlamətdar hadisə olduğu bildirilib. Bu mötəbər yarışların Azərbaycanda keçirilməsinin ölkə rəhbərliyinin qış idman növlərinin inkişafına verdiyi önəmin və beynəlxalq idman ictimaiyyətinin Azərbaycana göstərdiyi yüksək etimadın bariz nümunəsi olduğu qeyd edilib.

Avropa çempionatı və Dünya Kuboku kimi nüfuzlu yarışların Azərbaycan üçün yalnız idman hadisəsi deyil, eyni zamanda ölkənin qış turizmi potensialının, müasir dağ-xizək infrastrukturu imkanlarının və beynəlxalq miqyaslı tədbirlərə uğurla ev sahibliyi etmək bacarığının nümayişi baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
 

Çıxışlar zamanı bu formatda yarışların keçirilməsinin ölkədə idman sahəsində yeni nəslin formalaşmasına, peşəkar idmançıların yetişməsinə və milli komandanın beynəlxalq arenada mövqeyinin daha da möhkəmlənməsinə mühüm stimul verəcəyi, həmçinin beynəlxalq federasiyalar və idman təşkilatları ilə əməkdaşlığın genişlənməsinə, gələcək birgə layihələrin reallaşdırılmasına geniş imkanlar yaradacağı diqqətə çatdırılıb.


Qeyd edək ki, Azərbaycanı yarışda milli komandanın 5 üzvü - Nəzrin Qəribova, Nəbiyulla Qələbəqiyev, Anid Sultanov, Abel İsmixanov və Nurid Şəkərəliyev təmsil edəcəklər.

Martın 8-nə kimi davam edəcək yarışda U-18 və U-20 kategoriyasından olan qadınlar və kişilər, eləcə də böyüklər sprint, qarışıq estafet (mixed relay), fərdi və vertikal növlərdə mübarizə aparacaqlar.


























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

End of content

No more pages to load

RADİO