Qurban Qurbanov: “Biz Avropa futbolundan geridə qalırıq”

Məşqçi olmaq çox çətindir. Əgər mən bu gün öz peşəmi sevmirəmsə və hörmət etmirəmsə, heç vaxt yaxşı məşqçi ola bilmərəm.

Bizim.Media xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycanda ilk dəfə təşkil olunan Məşqçilər Forumunun “Baş məşqçinin rolu: lider, pedaqoq, yoxsa menecer” adlı birinci panel iclasında çıxışı zamanı deyib.

Mütəxəssis bildirib ki, məşqçi həm lider, həm də menecer olmalıdır:

“Fikrimcə, məşqçi hər zaman lider olmalıdır, xüsusilə futbolda bu xüsusiyyət daha önəmlidir. Cavabdeh bizik. Son qərarları həmişə baş məşqçi verir. Futbolda belə bir anlayış var ki, komanda qalib gəlibsə, futbolçular qalib gəlib, məğlub olubsa, baş məşqçi məğlub olub. Bu yanaşmanı həmişə qəbul etmişəm. Məşqçi həmişə idmançıların yanında olmalıdır, çünki biz tələb edirik, onlar isə icra edir. Futbolçulara maksimum dəstək göstərmək lazımdır. Düşünürəm ki, 60 yaşımdan sonra da özümü inkişaf etdirməyə davam etməliyəm. Elə detallar var ki, məşqçi idmançıları daim nəzarətdə saxlamalı və özü də fiziki olaraq çalışmalıdır”.

Q.Qurbanov futboldakı mövcud problemlərdən də danışıb:

“Bu yaxınlarda Türkiyənin Antalya şəhərinə getdik və orada şəraitin çox yaxşı olduğunu gördük. Bilirsiniz ki, futbolda ən önəmli şey ötürmələrdir. Biz məşqi yaxşı olmayan meydançada həyata keçirsək, nəzərə alaq ki, hər futbolçunun təxminən 50 ötürmə etməsi çox çətin olacaq. Belə hallar idmançının keyfiyyətini aşağı salır, onlar psixoloji olaraq ruhdan düşürlər. Bu baxımdan biz Avropa futbolundan geridə qalırıq. Bu barədə daim fikirlərimi bildirirəm. Şərait yoxdursa, idmançı inkişaf edə bilmir”.

Onun sözlərinə görə, Azərbaycanda istedadlı gənclər kifayət qədərdir:

“Arzulayıram ki, ölkəmizdə yalnız idmanda yox, bütün sahələrdə ən yaxşı mütəxəssislər yetişsin”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ChatGPT istifadəçiləri üçün vacib XƏBƏRDARLIQ

ChatGPT istifadəçiləri üçün vacib XƏBƏRDARLIQ

Bakıda kollektor tikintisi evlərdə çatlar yaratdı – Bəzi sakinlər köçürüldü - VİDEO

Bakıda kollektor tikintisi evlərdə çatlar yaratdı – Bəzi sakinlər köçürüldü - VİDEO

Limonu belə yesəniz arıqlayacaqsınız

Limonu belə yesəniz arıqlayacaqsınız

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Dua Lipanın toy FOTOLARI

Dua Lipanın toy FOTOLARI

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Gəncədə qadın evində ölü tapıldı

Gəncədə qadın evində ölü tapıldı

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

End of content

No more pages to load

RADİO