“Qarabağ” Mateuş Koxalskinin Polşa klubuna keçidinə icazə verməyib

“Qarabağ”ın polşalı qapıçısı Mateuş Koxalski qış fasiləsində ölkəsindən təklif alıb.

Bizim.Media xəbər verir ki, bu barədə 26 yaşlı qolkiper Polşa mətbuatına müsahibəsində deyib.

O, hətta “Vidzev” klubundan gələn təklifə razılıq verdiyini bildirib:

“Təsdiqləyə bilərəm ki, təklif var idi və mən qarşı tərəfə "hə" demişdim. Əvvəllər də dediyim kimi, Bakıda idman baxımından yaxşı nəticələr əldə edirəm. Özümü inkişaf etdirdiyimi və Çempionlar Liqasında oynadığımı hiss edirəm. Bura uğur qazanmaq üçün mükəmməl yerdir.
 

Amma heç kimin bilmədiyi bir şey var, çünki bu barədə danışmamışam. Məşqdən və ya matçdan sonra evə qayıdanda tək qalıram. Sevdiklərimdən uzaqdayam. Futbol mənim üçün çox vacibdir, bu, aydındır. Amma ailəm və sevdiklərim həmişə mənim üçün prioritet olub və olacaq.


Nişanlım indi daha tez-tez yanımda olur, amma Polşaya qayıdanda yenə hər şeyin öhdəsindən təkbaşına gəlmək məcburiyyətində qalıram. Bu isə mənə çətindir. Ümid edirəm ki, insanlar bunu başa düşərlər. Mən ailə adamıyam və bu cür ayrılıq psixoloji cəhətdən pis təsir edir. Buna görə də “Vidzev”in təklifini qəbul etmişdim”.

Mateuş Koxalski “Qarabağ”ın bu transferə icazə vermədiyini söyləyib:

"Klub rəhbərliyi razı olmadığı üçün heç nə alınmadı. Elə oldu ki, ehtiyat qapıçı zədələndi və yeni qolkiperin qeydiyyatında problemlər yarandı. Mən komanda üçün o qədər vacib oyunçuyam ki, "Qarabağ" “Vidzev”in təklifini rədd etdi. Bunu başa düşürəm və artıq bu barədə düşünmürəm. “Vidzev” başqa qapıçı ilə müqavilə imzaladı və hər şey bitdi”.

Təcrübəli qapıçı Almaniyanın “Borussiya” (Dortmund) klubundan təklif alması ilə bağlı yayılan iddialıları isə təkzib edib:

“Borussiya”dan heç bir təklif yox idi. Amma xəbərləri oxumuşdum. Son bir neçə həftə ərzində haqqımda yayılan transfer məlumatlarının 90 faizi yalandır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyev: “Dövlət qurumları ilə jurnalistlər arasında əməkdaşlığın gücləndirilməsi mühüm əhəmiyyət daşıyır”

İlham Əliyev: “Dövlət qurumları ilə jurnalistlər arasında əməkdaşlığın gücləndirilməsi mühüm əhəmiyyət daşıyır”

Prezident: "Dezinformasiyanın geniş yayılması ictimai etimada birbaşa təsir göstərir"

Prezident: "Dezinformasiyanın geniş yayılması ictimai etimada birbaşa təsir göstərir"

Qrip kimi başlayır, səpgi ilə davam edir: Birə yatalağı barədə XƏBƏRDARLIQ

Qrip kimi başlayır, səpgi ilə davam edir: Birə yatalağı barədə XƏBƏRDARLIQ

İlham Əliyev: "AQEM Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

İlham Əliyev: "AQEM Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

London-İstanbul reysində sərxoş sərnişin ekipaj üzvünü və bir sərnişini dişlədi

London-İstanbul reysində sərxoş sərnişin ekipaj üzvünü və bir sərnişini dişlədi

Prezident: AQEM regionda sabitliyə töhfə verən unikal dialoq platformasıdır

Prezident: AQEM regionda sabitliyə töhfə verən unikal dialoq platformasıdır

Kiyevə gecə hücumu: 1 nəfər yaralanıb – FOTO

Kiyevə gecə hücumu: 1 nəfər yaralanıb – FOTO

Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür

Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür

"AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

"AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

Bakıda kişi küçədə VƏFAT ETDİ

Bakıda kişi küçədə VƏFAT ETDİ

Türkiyədə 3 bələdiyyə sədri saxlanıldı

Türkiyədə 3 bələdiyyə sədri saxlanıldı

Prezidentdən AQEM Media Forumunun iştirakçılarına MÜRACİƏT - TAM MƏTN

Prezidentdən AQEM Media Forumunun iştirakçılarına MÜRACİƏT - TAM MƏTN

Leyla Quliyeva bu verilişlə qayıdır - VİDEO

Leyla Quliyeva bu verilişlə qayıdır - VİDEO

Prokurorluq işçilərinin peşə bayramı günüdür

Prokurorluq işçilərinin peşə bayramı günüdür

Türkiyəyə müalicəyə aparılan 9 yaşlı Elxan vəfat etdi

Türkiyəyə müalicəyə aparılan 9 yaşlı Elxan vəfat etdi

Bakıda AQEM-in Media Forumu keçirilir - FOTO

Bakıda AQEM-in Media Forumu keçirilir - FOTO

Azərbaycan "Baykar"ın ən yeni silahının İLK ALICISI oldu - Düşmən radarlarını MƏHV EDƏCƏK

Azərbaycan "Baykar"ın ən yeni silahının İLK ALICISI oldu - Düşmən radarlarını MƏHV EDƏCƏK

Hərbi qulluqçularımız Gürcüstanda dağçılıq təlimində - FOTO

Hərbi qulluqçularımız Gürcüstanda dağçılıq təlimində - FOTO

FHN-dən elektrik doldurma qurğuları ilə bağlı MÜRACİƏT

FHN-dən elektrik doldurma qurğuları ilə bağlı MÜRACİƏT

91 nəfərin zəhərləndiyi toyla bağlı AQTA-dan AÇIQLAMA

91 nəfərin zəhərləndiyi toyla bağlı AQTA-dan AÇIQLAMA

Millətlər Liqasında günün bütün MATÇLARI

Millətlər Liqasında günün bütün MATÇLARI

Kürdəmirdəki toyda zəhərlənənlərin sayı 91-ə çatdı – RƏSMİ

Kürdəmirdəki toyda zəhərlənənlərin sayı 91-ə çatdı – RƏSMİ

Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək – YENİLİK

Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək – YENİLİK

Azərbaycanda "İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi – QƏRAR

Azərbaycanda "İşçilərin Ezamiyyə Qaydaları" dəyişdi – QƏRAR

End of content

No more pages to load

RADİO