"Vəziyyət pisə doğru gedir" - Rəşad Sadıqov

"Səfərdə "Neftçi"yə qarşı oynayırdıq, onlar üçün də qələbə qazanmaq çox önəmli idi, istəkli idilər. Bunu anlayırdıq. Ona görə də matça ciddi hazırlaşmışdıq. Başa düşürdük ki, strateji oyundur. Birinci hissədə meydanda taktiki savaş getdi, ikinci hissədə isə daha açıq futbol oldu. İkinci yarı daha baxımlı alındı. Yaxşı epizodlarımız oldu. Son vuruşlar dəqiq olsaydı, buradan 3 xalla ayrıla bilərdik. Futbolçularımın istəyi, inamlı oyunu məni qane etdi".

Bizim.Media xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 17-ci turunda səfərdə "Neftçi" ilə 0:0 hesablı heç-heçə etdikləri matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, "Qışa qədərki "Neftçi"yə qarşı oynamaq çətin idi, yoxsa bugünkünə" sualına belə cavab verib: "Bu oyun bizim üçün daha çətin keçdi. Bu gün "Neftçi" aqressiv pressinq tətbiq edirdi.

Yuri Vernidubun hazırlıq keçmək üçün vaxtı olub. Meydança sulanmamışdı. Bu, hər iki komandanın oyun sürətinə təsir edirdi. İki komanda da arxadan oyun quruculuğunu sevir. O amil oyunun gedişatına təsir etdi. Bu oyun kubok matçından daha çətin idi".

R.Sadıqov futbolçusu Rüfət Abdullazadənin toplanışa qoşula bilməməsindən də söz açıb: "Çox istəyərdik ki, hazır olsun. Amma başa düşürdük ki, son turlarda az oynayıb. Toplanışda bizimlə olmasını istəyərdik. Müəyyən problemlərə görə bizimlə ola bilmədi".

O, "Adətən komandalar mövsümün ikinci yarısında mübarizəyə daha hazır olmaq üçün heyəti genişləndirir, gücləndirir. Bu mövsüm isə klublarımız qış transfer bazarında aktivlik göstərmədi.

Bunu nə ilə əlaqələndirirsiniz" sualını da cavablandırıb: "Bir çox səbəblər ola bilər. Komandalar yayda yetərincə transferlər ediblər, maliyyə xərcləyiblər. Müəyyən rüsumlar var ki, legionerlərə görə ödəmələr etməlisən. Mövsümün bitməsinə 4-5 ay qalıb. Qərar verəndə o da təsir edir.

Bununla yanaşı, bazarda qıtlıqdır. Vəziyyət pisə doğru gedir. Futbol dünyada inkişaf edir. Hər il eşidirik ki, hansısa çempionatda fəallıq var, pullar artıb. Bu olduqca seleksiya etmək də çətin olur. Bütün klublarda qıtlıq var. Böyük liqaların klublarında onayan qapıçılar, mərkəz müdafiəçiləri var. Deyirsən ki, o klublar hara, o futbolçular hara. Futbol çox inkişaf edib. Amma bazarda məhsul yetərincə deyil".

Baş məşqçi "Zirə"nin bu gün meydana heç-heçə üçün yox, qələbə üçün çıxdığını bildirib: "Zirə" qələbə qazanmaq istəyirdi. Amma başa düşürdük ki, qarşımızdakı rəqib "Neftçi"dir. Çox təcrübəli baş məşqçi dəvət ediblər. 3-4 həftə vaxtı var idi ki, komandanı bizimlə oyuna harılasın. Mütləq qalib gəlmək istəyirdik. Turnir cədvəlini nəzərə alsaq, heç-heçə bizim üçün pis nəticə deyil".

R.Sadıqov hazırda 3-cü pillədə qərarlaşmaqlarının onu razı saldığını deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyədə zavodda güclü partlayış: Xəsarət alanlar var

Türkiyədə zavodda güclü partlayış: Xəsarət alanlar var

Sabah saat 09:00-dan su kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah saat 09:00-dan su kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Gəncədə 5 şagird məktəbin bufetindən aldıqları şirniyyatdan zəhərlənib

Gəncədə 5 şagird məktəbin bufetindən aldıqları şirniyyatdan zəhərlənib

“44” bədii filmi oktyabrın 15-dən ölkənin bütün kinoteatrlarında – VİDEO

“44” bədii filmi oktyabrın 15-dən ölkənin bütün kinoteatrlarında – VİDEO

Gəncə məktəbində zəhərlənən şagirdlərlə bağlı RƏSMİ AÇIQLAMA

Gəncə məktəbində zəhərlənən şagirdlərlə bağlı RƏSMİ AÇIQLAMA

Sabahın HAVASI: Yağış, şimşək, leysan....

Sabahın HAVASI: Yağış, şimşək, leysan....

SON DƏQİQƏ! Gəncədə 5 şagird ZƏHƏRLƏNDİ - VİDEO

SON DƏQİQƏ! Gəncədə 5 şagird ZƏHƏRLƏNDİ - VİDEO

TDT-yə üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin 2-ci iclası keçirildi – FOTO

TDT-yə üzv dövlətlərin müdafiə sənayesi qurumlarının rəhbərlərinin 2-ci iclası keçirildi – FOTO

Oktyabrda 9 gün iş olmayacaq - Tarixlər

Oktyabrda 9 gün iş olmayacaq - Tarixlər

“Sovetski”də meyit aşkarlandı

“Sovetski”də meyit aşkarlandı

Türkiyənin müdafiə naziri ŞUŞADA - FOTO

Türkiyənin müdafiə naziri ŞUŞADA - FOTO

AQEM Media Forumunun açılış mərasimindən FOTOLAR

AQEM Media Forumunun açılış mərasimindən FOTOLAR

Bir vaxtlar xaricdən alırdıq, indi 20 ölkəyə ixrac edirik - VİDEO

Bir vaxtlar xaricdən alırdıq, indi 20 ölkəyə ixrac edirik - VİDEO

Nil Özalp saxlanıldı

Nil Özalp saxlanıldı

Bağçada işləmək istəyənlərə şad xəbər

Bağçada işləmək istəyənlərə şad xəbər

“Euronews” Bakı Təhlükəsizlik Forumundan eksklüziv kadrlar yayımladı – FOTO - VİDEO

“Euronews” Bakı Təhlükəsizlik Forumundan eksklüziv kadrlar yayımladı – FOTO - VİDEO

Vahid Ələkbərovun oğlunun bahalı "Bugatti”si Rusiyada müzakirə yaratdı - FOTO

Vahid Ələkbərovun oğlunun bahalı "Bugatti”si Rusiyada müzakirə yaratdı - FOTO

Rusiya ordusunun general-mayoru Sergey Nikituşkin həbs edildi

Rusiya ordusunun general-mayoru Sergey Nikituşkin həbs edildi

Ciblərə valyuta axanda “yeməyi, suyu olmayan fələstinlilərin ahı” yada düşmür

Ciblərə valyuta axanda “yeməyi, suyu olmayan fələstinlilərin ahı” yada düşmür

Ronaldo Portuqaliya millisindən ayrıldı - Baş məşqçi ilə yola getməyib?

Ronaldo Portuqaliya millisindən ayrıldı - Baş məşqçi ilə yola getməyib?

Ağstafadakı məktəbdə müəllimlərin davası ilə bağlı ARAŞDIRMA APARILIR – RƏSMİ

Ağstafadakı məktəbdə müəllimlərin davası ilə bağlı ARAŞDIRMA APARILIR – RƏSMİ

Xırdalanda 2 həftə əvvəl yıxılan kişi VƏFAT ETDİ

Xırdalanda 2 həftə əvvəl yıxılan kişi VƏFAT ETDİ

Hərbi texnikanı modernləşdirən şirkət bir nazirlikdən digərinə verildi

Hərbi texnikanı modernləşdirən şirkət bir nazirlikdən digərinə verildi

Təhsildə süni intellektin tətbiqi ilə bağlı YENİ TƏŞƏBBÜS – Şagirdləri nə gözləyir?

Təhsildə süni intellektin tətbiqi ilə bağlı YENİ TƏŞƏBBÜS – Şagirdləri nə gözləyir?

End of content

No more pages to load

RADİO