"Keşlə" yeni adla martdan oyunlarını təşkil edəcək".
Bizim.Media-nın məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov İcraiyyə Komitəsinin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.
Milli assosiasiya rəsmisi bildirib ki, klubun "Şamaxı" adlandırılması ilə bağlı AFFA və PFL-ə sənədlər göndərilib:
"Öz tərəfimizdən bu yeniliyi təsdiqləmişik. İndi UEFA-dan cavab gözləyirik. Əsas məqsədimiz odur ki, "İnter" və "Keşlə"nin özünəməxsus tarixi itməsin".
Bizim.Media