Güləşçilərimizdən İslamiadada daha 3 MEDAL

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Həmrəyliyi Oyunlarında güləş yarışı davam edir.

Bizim.Media Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, bu gün sərbəst güləşdə 2, qadın güləşi üzrə isə 3 çəkidə mübarizə baş tutub.
 

İslam Bazarqanov (57 kq) ilk görüşündə iranlı Ali Momenijujadehə 4:2 hesabıyla, daha sonra isə əfqanıstanlı Sayed Zazayı tam üstünlüklə (11:0) məğlub edərək finala yüksəlib. O, həlledici görüşdə qırğızıstanlı Abdumalik Karaçova 3:9 hesabıyla məğlub olub və gümüş medalı boynundan asıb.


Əli Rəhimzadə (65 kq) debütdə türkiyəli Ahmet Dumana 5:1 hesabıyla qalib gəldikdən sonra misirli Səid Elqaşa heç bir şans tanımayıb – 10:2. Yarımfinalda iranlı 2 qat dünya çempionu və olimpiya mükafatçısı Rəhman Amuzada (0:7) uduzan həmyerlimiz bürünc medal uğrunda özbəkistanlı Ümidcan Cəlalovla güləşib və məğlub olub – 3:8.

Ruzanna Məmmədova (62 kq) finaladək çeviklik və yüksək güləş texnikası nümayiş etdirib.

O, ilk qarşılaşmasında fələstinli Ayla Mayalini vaxtından əvvəl (10:0) xalçadan məyus yola salıb.

Daha sonra isə özbəkistanlı Nigina Sabirova üzərində inamlı qələbə qazanıb – 6:0. Ruzanna həlledici görüşdə nigeriyalı Ester Kolavole ilə üz-üzə gəlib.

Məmmədova təcrübəli rəqiblə görüşdə əzmkar güləş sərgiləsə də, son saniyələrdə qələbəni əldən verib və debüt etdiyi İslamiadanı gümüş medalla başa vurub.
 

Nigar Mirzəzadə (68 kq) yarışa inamlı start verib. O, indoneziyalı Desi Sintaya 12:7 hesabıyla qalib gələrək yarımfinala yüksəlsə də, qırğızıstanlı Meerim Jumanazarovayla bacarmayıb – 1:12. Nigar bürünc medal uğrunda banqladeşli Həlimə Akterlə qarşılacaq.


Zəhra Kərimzadə (76 kq) startda özbəkistanlı Sevincçoy Polvonovanı mübarizədən kənarlaşdırıb – 5:0. Gənc güləşçimiz 1/4 finalda kamerunlu Vilita Pelaqiyeyə uduzub – 0:10.

Banqladeşli Həlimə Akter bürünc medal görüşünə çıxmadığı üçün Mirzəzadə fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Sabah son 4 sərbəst güləşçimiz mübarizə aparacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

AFFA bu klubları CƏZALANDIRDI

AFFA bu klubları CƏZALANDIRDI

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Putin: “Ərazilərin itirilməsi qaçılmazdır, niyə belə yapışırlar?” - VİDEO

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Şakiranın konserti Misirdə qiymətləri ARTIRDI

Toyuq filesi bahalaşdı - VİDEO

Toyuq filesi bahalaşdı - VİDEO

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Kiyevin əsas körpülərindən biri yenidən vuruldu – Hərəkət dayandırıldı

Messi İspaniyada klub ALDI

Messi İspaniyada klub ALDI

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Bu məhsullar bağırsaqdakı faydalı bakteriyaları məhv edir - XƏBƏRDARLIQ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Aİ Ukraynanın 90 milyardlıq kredit tələbini QƏBUL ETMƏDİ

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

Boşanmaq istəyən qadın öldürüldü - Əri saxlanıldı

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

ABŞ Rusiyanın A7 ödəniş sisteminə sanksiya TƏTBİQ ETDİ

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Mahir Emreli ÜZR İSTƏDİ: “Ayıbımız olaraq yadda qalacaq” - VİDEO

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

Rusiyada Mi-8 helikopteri qəzaya uğradı: 3 nəfər öldü

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatdı - FOTO/VİDEO

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Azərbaycan armudunun əsas alıcısı məlum oldu – İLK BEŞLİK

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Baş məşqçidən məğlubiyyət ŞƏRHİ: “Məsuliyyət mənim üzərimdədir”

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Putin İran rəhbərliyindən danışdı: “Böyük ehtiyat skamyaları var”

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Çəkiniz payızda artırsa, səbəbi bu OLA BİLƏR

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Putin: “Ukraynanın neytral statusu Rusiyanın məqsədi olaraq qalır”

Millimiz Lixtenşteynə UDUZDU

Millimiz Lixtenşteynə UDUZDU

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Tramp İrana ultimatum verdi: “Ya razılaşma olacaq, ya da...”

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

Gəncədə maşın aşdı, xəsarət alanlar var - FOTO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

XVIII əsrə aid malikanədə yanğın başladı - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO