Polşanın "Legiya" klubu daha əvvəl Azərbaycan yığmasından təklif almış futbolçu Ramil Mustafayevi heyətinə cəlb edib.
Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, Varşava təmsilçisi 19 yaşlı müdafiəçi ilə 2025-ci il yayınadək müqavilə imzalayıb.
Mustafayev 2019-cu ildən Polşanın 2-ci liqa təmsilçisi "Stal"da çıxış edirdi. O, bu mövsüm 13 oyuna 3 qol vurub.
Bizim.Media