Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" turnirində sonuncu - XIII turun görüşünü keçirib.
Bizim.Media turnirin saytına istinadən xəbər verir ki, rəqib ABŞ-dan olan Fabiano Karuana olub.
Ağ fiqurlarla oynayan Məmmədyarov 13-cü gedişdə heç-heçəyə razılaşıb.
Bu nəticədən sonra xallarını 8-ə çatdıran Azərbaycan təmsilçisi yarışı ikinci pillədə başa vurub.
8 xal toplayan macarıstanlı şahmatçı Rixard Rapport üçüncü, 9,5 xala malik norveçli dünya çempionu Maqnus Karlsen isə çempion olub.
Bizim.Media