Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının qrup mərhələsində bu gün sonuncu matçını keçirib.
Bizim.Media xəbər verir ki, millimiz D qrupunun 3-cü turunda Bosniya və Herseqovinaya 4:2 hesabı ilə qalib gəlib.
Ancaq bu qələbə millimizin qrupdan çıxması üçün kifayət etməyib. Çünki İspaniya Gürcüstanı 8:0 hesabı ilə məğlub edib.
Beləliklə, İspaniya 1-ci, Gürcüstan 2-ci yerin sahibi kimi növbəti mərhələyə yüksəlib.
Yığmamız isə qrupu 4 xalla 3-cü pillədə başa vurub.
Bizim.Media