Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Portuqaliyanın Almada şəhərində keçirilən Qran-Pri turnirində gümüş medal qazanıb.
Bizim.Media xəbər verir ki, idmançımız finalda Cənubi Koreya təmsilçisi Harım Li ilə qarşılaşmada məğlub olaraq gümüş medalla kifayətlənib.
Azərbaycan 41 ölkədən 300-ə yaxın idmançının mübarizə apardığı turnirə 5 cüdoçu ilə qatılıb.
Bizim.Media