"Neftçi" qış fasiləsində növbəti transferini gerçəkləşdirib.
Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, Rusiyanın "Ufa" klubundan ayrılan Azərbaycan əsilli yarımmüdafiəçi Azər Əliyevlə müqavilə imzalanıb.
Qeyd edək ki, Azər Əliyev Rusiyada "Ufa" ilə yanaşı, "Yenisey", "Saxalin", "Krılya Sovetov" və "Tambov" klublarının da formasını geyinib.
Bizim.Media