"Zirə" futbol klubu yeni futbolçu transferi edib.
Bizim.Media xəbər verir ki, paytaxt təmsilçisi Haiti millisinin 25 yaşlı yarımmüdafiəçisi Brayan Alseusla 2,5 illik müqavilə bağlayıb.
Qeyd edək ki, futbolçu daha əvvəl Fransanın "Bordo”, “Kozes”, "Bordelay", "Entente", "Şartr", "Paris" və "Bastiya-Borqo" klublarında çıxış edib. Sonuncu klubu isə Rumıniya “Qaz Metan”ı olub.
Bizim.Media