NBA əfsanəsi Kobe Brayantın 13 yaşlı qızı Cianna ilə birlikdə helikopter qəzasında həlak olmasından 2 il ötür.
Bizim.Media xəbər verir ki, amerikalı heykəltəraş Den Medina basketbol əfsanəsinin və qızının öldüyü yerdə onların heykəlini ucaldıb.
Ata-qızın bürünc heykəli Kaliforniyanın Kalabasas şəhərində qəza yerinə qoyulub. Məlumat lövhəsində qəzada həlak olan 9 nəfərin adları yer alıb.
Qeyd edək ki, 2020-ci il yanvarın 26-da 41 yaşlı Brayant və qızı Ciannanın, həmçinin daha 7 nəfərin həyatını itirdiyi qəzaya qatı dumanla yanaşı pilot səhvi də səbəb olmuşdu.
Bizim.Media