"Keşlə” müdafiəçisi Miyuşko Boyoviçlə yollarını ayırıb.
Bizim.Media klubun saytınaistinadən xəbər verir ki, 33 yaşlı futbolçu ilə imzalanmış müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Paytaxt klubu futbolçuya göstərdiyi xidmətə görə təşəkkür edib və gələcək karyerasında ona uğurlar arzulayıb.
Qeyd edək ki, monteneqrolu futbolçu 2019-cu ildən “Keşlə”də oynayırdı.
Bizim.Media
