Çexiyanın Marianske-Lazne şəhərində keçirilən “Marienbad Open 2022” şahmat festivalında təmsilçimiz Azər Mirzəyev uğurla çıxış edib.
Bizim.Media xəbər verir ki, Azərbaycan qrossmeysteri 9 turdan 6,5 xal toplayaraq birinci yeri tutub.
Qeyd edək ki, bu, şahmatçımızın bu ay qazandığı İkinci qələbəsidir.
Belə ki, Azər Mirzəyev Macarıstanın Budapeşt şəhərində keçirilən beynəlxalq turnirin qalibi olub.
Bizim.Media