Bu gün Niderlandda “Tata Steel Masters” şahmat turnirinin yeddinci turunun oyunları keçirilib.
Bizim.Media xəbər verir ki, Veyk-an-Zee şəhərində keçirilən turnirdə Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov növbəti turda macarıstanlı Riçard Rapportla heç-heçə edib.
Qeyd edək ki, yeddi turdan sonra Ş.Məmmədyarov 4,5 xalla liderdir.
Hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen ikinci pilləni tutur.
Dairəvi sistem üzrə keçirilən və 13 turdan ibarət yarışda şahmatçı iştirak edir.
Bizim.Media
