"Qəbələ”nin yeni transferi Patrik Robson "İnstaqram" səhifəsində paylaşım edib.
Bizim.Media xəbər verir ki, "Qəbələ"yə transferi ilə bağlı fikirlərini bölüşüb:
“Bundesliqada oynamaq uşaqlıq arzum idi. Bu arzumu həyata keçirmək imkanı verdiyi üçün “Admira Vakker”ə təşəkkür etmək istəyərdim! Bu kluba həmişə minnətdar olacağam! İndi başqa yerdə özümü sınayacağam. "Admira Vakker"ə mövsümün qalan hissəsində uğurlar arzulayıram! Təşəkkür edirəm “Admira!"
Qeyd edək ki, o, 1.5 illik icarə əsasında "Qəbələ"də oynayacaq.
Bizim.Media