Azərbaycanlı futbolçu Mahir Emreli çıxış etdiyi Polşanın "Legiya" klubunu məhkəməyə verib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, millimizin üzvü "Legiya"dan həm məvacibinin qalan hissəsini, həm də müqaviləsinə xitam verilməsini tələb edib.
Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb.
ABŞ-dan hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib.
O, azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını, "Legiya"da çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.
Bizim.Media