Fransalı sabiq futbolçu Zinəddin Zidan PSJ-ni çalışdıra bilər.
Bizim.Media xəbər verir ki, bu iddia ilə "RMC Sport"un jurnalisti Daniel Riolo çıxış edib.
Onun sözlərinə görə, Paris klubunun hazırkı baş məşqçisi Maurisio Poçettino mövsümün sonu klubdan ayrılacaq.
Poçettinonu bu postda 49 yaşlı mütəxəssis Zinəddin Zidan əvəzləyəcək.
Qeyd edək ki, PSJ-yə keçən ilin yanvarından rəhbərlik edən Poçettinonun sözləşməsi 2023-cü ildə bitəcək.
Bizim.Media