"Neftçi"nin yeni transferi Eddi İsrafilov özünün "İnstaqram" hesabında paylaşım edib.
Bizim.Media xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilk novbədə keçirdiyi aylara görə İspaniyaya "Luqo"ya təşəkkür edib:
"Ayrılmaq istədiyim vaxt mənə bütün şəraiti yaratdınız və qərarımı anlayışla qarşıladınız. Sizə dərin minnətdarlığımı bildirirəm. İkincisi, "Neftçi" kimi əla kluba, gözəl və cəlbedici layihəyə qoşulduğum üçün çox xoşbəxtəm".
Qeyd edək ki, E.İsrafilov Bakı təmsilçisi ilə 2,5 illik müqavilə imzalayıb. O, iyunda "Albasete"sindən ayrıldıqdan sonra "Luqo"da baxışda olub.
Bizim.Media