"Neftçi" klubu yeni transferi Eddi İsrafilovu təqdim edib.
Bizim.Media xəbər verir ki, son ölkə çempionu yarımmüdafiəçinin keçidini rəsmi televiziyası vasitəsi ilə açıqlayıb.
“Neftçi” yarımmüdafiəçi ilə 2,5 illik müqavilə bağlanıb. 29 yaşlı futbolçu "ağ-qaralar"ın heyətində 14 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, İsrafilov İspaniyanın “Real Mursiya” (2011-2014), “Qranada” (2014-2015), “Eybar” (2015-2016), “Kordoba” (2016), “Kadis” (2016-2017), “Ximnastik” (2017-2018), “Alkorkon” (2018-2019) və “Albasete” (2019-2021) klublarında çıxış edib.
2016-cı ildən Azərbaycan milli komandasına dəvət olunan futbolçu 13 rəsmi oyunda meydana çıxıb.
Bizim.Media