Zədə səbəbindən “Qalatasaray”da mövsümü başa vuran Fernando Muslera İstanbul klubu ilə yollarını ayırır.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Türkiyənin “Fanatik” saytı yayıb.
Mənbə iddia edir ki, artıq “Qalatasaray” klubunun rəhbərliyi yeni qapıçı axtarışına çıxıb. 36 yaşlı oyunçu ilə müqaviləni pozmaq barədə razılığın əldə edildiyi də bildirilir.
Qeyd edək ki, F.Muslera 2011-ci ildə 6,75 milyon avro qarşılığında “Latsio”dan “Qalatasaray” klubuna transfer olub.
Bizim.Media