Azərbaycan Milli Karate Federasiyasında (AMKF) rəhbərliyi 2021-ci ildə yüksək nəticə göstərmiş yeniyetmə, gənclər və böyüklərdən ibarət milli komandaların idmançı və məşqçiləri ilə görüş keçirilib.
AMKF-dan Bizim.Media-ya verilən məlumata görə, il ərzində müxtəlif yarışlarda nəticə göstərmiş idmançı və məşqçilərə müvafiq pul mükafatları təqdim edilib.
Qeyd edək ki, görüşdə bu il ərzində AMKF-nin gördüyü işlər haqqında geniş məlumat verilib.
Bizim.Media