“Trabzonspor” Türkiyə Superliqasında yeni rekorda imza atıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2021/22 mövsümünün ilk dövrəsini lider bitirən komanda bu müddət ərzində 46 xal toplayıb.
Beləliklə, Qaradəniz təmsilçisi çempionatda yeni rekorda imza atıb.
“Trabzonspor” Superliqa tarixində bir mövsümün ilk dövrəsində ən çox xal qazanan komanda olub.
Qeyd edək ki, bundan əvvəlki rekord “Fənərbaxça”ya aid idi. İstanbul təmsilçisi 2005/2006 mövsümündə ilk dövrəni 45 xalla bitirmişdi.
Bizim.Media